Mədət Quliyev Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Azərbaycan üzrə layihə rəhbərini qəbul edib

Mədət Quliyev Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun  Azərbaycan üzrə layihə rəhbərini qəbul edib
# 30 oktyabr 2013 14:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə nazirinin müavini, Penitensiar xidmətinin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) Azərbaycan üzrə layihə rəhbəri Tereza Talhammeri qəbul edib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən M. Quliyev Azərbaycan Ədliyyə Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Ədliyyə Nazirliyi arasında hüquqi əməkdaşlıq çərçivəsində həyata keçirilən və penitensiar sistemi də əhatə edən layihələrdə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) iştirakını yüksək qiymətləndirərək, əməkdaşlarda xidmətə yeni baxışın formalaşdırılması istiqamətində aparılan işlərə görə ekspertlərə minnətdarlığını bildirib.

Görüşdə Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondu ilə Penitensiar xidmət arasında 2013-cü il ərzində həyata keçirilmiş tədbirlər və noyabr ayı ərzində alman ekspertlərinin iştirakı ilə xidmət əməkdaşları üçün keçiriləcək seminar-treninqin mövzusu barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR