Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbənin salınmasına başlanıb - VİDEO

Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbənin salınmasına başlanıb - <span style="color: red;">VİDEO
# 09 dekabr 2013 14:54 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamda məcburi köçkünlər üçün yeni qəsəbə inşa olunur.

APA-ın Qarabağ bürosunun məlumatına görə, yeni yaşayış massivi 632 evdən, 440 yerlik orta məktəbdən, 50 yerlik uşaq bağçasından, içərisində futbol meydançası olan 3 hektarlıq parkdan, inzibati binalar və digər infrastrukturlardan ibarətdir.

Ağdam Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna bildirilib ki, yeni qəsəbənin tikintisi üçün rayon ərazisindən 50 hektara yaxın torpaq sahəsi ayrılıb. Yeni qəsəbənin gələn ilin ortalarınadək istifadəyə verilməsi nəzərdə tutulur.

Bu yaşayış massivinə Ağdam, Bərdə və Tərtər rayonlarında daha ağır sosial şəraitdə yaşayan köçkün ailələrinin yerləşdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR