APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İran-Əfqanıstan sərhədi yaxınlığındakı Cənubi Xorasan vilayətinin Əsədiyə bölgəsi olub.
Məlumata görə, 4 bal gücündə olan zəlzələ Bakı vaxtı ilə 00:07-də (yerli vaxtla saat 23:37-də yerin 13 km dərinliyində meydana gəlib. Təbii fəlakət Əsədiyədən 25 km, Zahandan 54 km, Hacıabaddan 62 km və Tehrandan 858 km uzaqlıqda baş verib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.