Patrik Hikki: “Bakıdakı Avropa Oyunları yüksək səviyyədə keçiriləcək”

Patrik Hikki: “Bakıdakı Avropa Oyunları yüksək səviyyədə keçiriləcək”
# 28 yanvar 2014 11:05 (UTC +04:00)

Bakı – APA. “Yarışa hazırlıq yüksək səviyyədə gedir. Komandaları qəbul edəcək qurğuların inşası sürətlə davam edir”. Apasport.az saytının məlumatına görə, bunu 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üzrə Əməliyyat Komitəsinin (BAOƏK) baş əməliyyat təmsilçisi Cim Şerr deyib.

Bakı-2015-in başlamasına 500 gün qalmış görülən işləri dəyərləndirən Şerr bildirib ki, hazırlığın gedişi onları qane edir: “Qarşıdakı 500 gündə də görüləsi işlər var. Avropa Olimpiya Komitəsinin öhdəliklərini yerinə yetirmək üçün hələ çox iş görülməlidir. Lakin biz hazırlığın tempindən razıyıq”.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə vurğulayıb ki, 2015-ci ildə təşkil olunacaq Avropa Oyunları tarixdə mühüm yer tutacaq: “Bakıdakı Avropa Oyunlarının startına 500 gün qalıb və mən əminəm ki, bu yarış yüksək səviyyədə keçiriləcək. Bu münasibətlə Bakı-2015-ə qatılacaq nümayəndələri təbrik edirəm. Düşünürəm ki, bu yarış Avropa idmanında tarixi yer tutacaq”.

Qeyd edək ki, I Avropa Oyunları gələn il iyunun 12-dən 28-dək keçiriləcək. Yarışda qitənin 49 ölkəsindən 5400 idmançının iştirakı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR