FHN Qobustanda 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb

FHN Qobustanda 7 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası ilə bağlı məlumat yayıb
# 28 dekabr 2013 17:33 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonunda vətəndaşa məxsus “VAZ” markalı minik avtomoili ilə digər vətəndaşa məxsus "VAZ” markalı minik avtomobili toqquşub. Nəticədə sürücü İ.T.Hacıəliyev və ona məxsus avtomobildə olan 4 nəfər sərnişin 1985-ci il təvəllüdlü Xəlilov Səməndər Kamran oğlu, 1937-ci il təvəllüdlü Nuriyeva Tutu Kərim qızı, 1991-ci il təvəllüdlü Mədətov Valeh Emin oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat edib, 1 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Digər avtomobilin sürücüsü N.Ə.Qasımov və ona məxsus avtomobildə olan 2 nəfər sərnişin Əliyev Güloğlan Balaxan oğlu və Bəndəliyev Rəhman Əmrah oğlu ağır bədən xəsarətləri ilə hadisə yerində vəfat ediblər. Hər iki avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədlər və yaralı yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib.

Əməliyyat saat 16:20-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR