İstanbulun mərkəzində partlayış olub, yaralananlar var

İstanbulun mərkəzində partlayış olub, yaralananlar var
# 17 fevral 2014 15:43 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Taksimin Qazançı yoxuşu adlanan yerində güclü partlayış olub. Nəticədə çoxlu sayda insanın yaralandığı bildirilir.

Partlayışın təbii qazdan qaynaqlandığı güman olunur. Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR