«AXA-MBask» sığorta şirkəti bölgələr üzrə maarifləndirmə tədbirlərinə başlayıb - FOTO

«AXA-MBask» sığorta şirkəti bölgələr üzrə maarifləndirmə tədbirlərinə başlayıb - <span style="color: red;">FOTO
# 28 fevral 2014 07:16 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-MBask» sığorta şirkəti ölkə ərazisində əhalinin sığorta mədəniyyətinin səviyyəsini artırmaq məqsədilə «AXA-MBask Akademiya» proqramı çərçivəsində «AXA-MBask əhalini sığorta sahəsində maarifləndirir» adlı yeni sosial layihəyə başlayıb. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, onun əsas məqsədi layihə iştirakçılarını sığorta ilə yaxından tanış etmək, onun tarixi, əhəmiyyəti, məhsullar, distributor kanalları, yerli və beynəlxalq bazarlarda cari vəziyyəti, bazar iştirakçılarının üzləşdiyi problemlər və onların həlli yolları barədə məlumat verməkdən ibarətdir.

Quba rayonunda keçirilən ilk seminarda 200-ə yaxın adam iştirak edib. Seminarda «AXA-MBask» şirkətinin aparıcı mütəxəssisləri könüllü sığorta ilə icbari sığortanın fərqlərindən başlayaraq əsas sığorta məhsulları və satış kanallarının xüsusiyyətləri kimi müxtəlif mövzuları ətraflı izah ediblər. Sığorta hadisəsi baş verdikdən sonra sığorta iddiaların tənzimlənmə qaydaları və proseduraları ayrıca blokda işıqlandırılıb.

Şirkət rəhbərliyi əmindir ki, əhalinin maliyyə sahəsində savadının artırılması ümumilikdə həm regionun iqtisadiyyatına, həm də vətəndaşların rifahı və gəlirinin səviyyəsinə müsbət təsir göstərir. Bundan sonra da müntəzəm olaraq ölkənin müxtəlif regionlarında analoji seminarların keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sığorta agentlikləri şəbəkəsi vasitəsilə satışın inkişafı planını həyata keçirilməklə, qısa müddət ərzində bütün Azərbaycan ərazisində fiziki və hüquqi şəxslərlə, habelə maliyyə-kredit müəssisələri ilə bütün sığorta növləri üzrə işə yönəlmiş 80-ə yaxın sığorta polislərinin satışı məntəqəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR