Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində azalma müşahidə olunub
# 09 sentyabr 2013 13:14 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 20-120 faizini, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 60-100, Naxçıvan MR çaylarında isə normanın 50 faizini təşkil edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, sentyabrın 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 113 m3/s, ongünlük normanın 93 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 53,0 m3/s olmaqla, ongünlük normanın 73 faizini təşkil edir. Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 5, Araz çayının Novruzlu məntəqəsində 1 sm azalma, Bankədə və Salyanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR