İçərişəhərdə törədilən qətlin səbəbi açıqlanıb - TƏFƏRRÜAT

İçərişəhərdə törədilən qətlin səbəbi açıqlanıb - <span style="color: red;">TƏFƏRRÜAT
# 18 oktyabr 2013 12:23 (UTC +04:00)

Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, qətlə pul üstündə düşən mübahisə səbəb olub.

Araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən 23 yaşlı Tərlan Sultanov taksi sürücüsüdür. Qətli törətməkdə təqsirli bilinən 22 yaşlı Ağamirzə Əlizadənin T. Sultanova 10 manat borcu olub. Həmin borc üstündə onların arasında dava düşüb. Nəticədə A. Əlizadə bıçaqla T. Sultanovu vuraraq öldürüb.

Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, məlum hadisə ötən gecə İçərişəhərdə qeydə alınıb. Bakı şəhər sakini Tərlan Sultanov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi birgə tədbirlər nəticəsində hadisəni törədən Ağamirzə Əlizadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR