Azərbaycan müdafiə naziri Moskvaya gedir

Azərbaycan müdafiə naziri Moskvaya gedir
# 21 may 2014 07:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə mayın 23-24-də Moskva şəhərində keçiriləcək Beynəlxalq Təhlükəsizlik üzrə 3-cü Konfransda iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Z. Həsənovun S. Şoyqu və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan ilə ikitərəfli görüşləri planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR