Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib

Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış azyaşlı uşaq xilas edilib
# 06 dekabr 2013 04:25 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə binanın damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:56-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR