Türkiyə ən ucuz qazı Azərbaycandan alır

Türkiyə ən ucuz qazı Azərbaycandan alır
# 29 yanvar 2014 10:30 (UTC +04:00)

«APA-Economics»in «Zaman» qəzetinə istinadən verdiyi məlumata görə, eyni həcmdə qazı Türkiyə Rusiyadan 425 dollara alır. Türkiyənin İrandan aldığı 1000 kubmetr qaz isə 490 dollara başa gəlir.

Nəşrin yazdığına görə, bu günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan İrana səfər edəcək. Səfər çərçivəsində aparılacaq danışıqların əsas mövzusu İran qazının qiymətinin endirilməsi olacaq. Belə ki, Türkiyə tərəfi İranda keçiriləcək görüşdə onlara Azərbaycan və Rusiya ilə müqayisədə İran qazının çox baha olduğunu izah etməyə və qiymətin endirilməsinə çalışacaq.

Qeyd edək ki, daha əvvəl Türkiyə tərəfindən «Botaş» şirkəti qazın baha olması və bu qiymətlərə endirimlərin edilməsi üçün İranla bağlı Beynəlxalq İqtisadi Məhkəməyə müraciət etmişdi. Məhkəmə çəkişməsi hələ də davam edir. Hətta Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız mətbuata açıqlamasında «İran qazın qiymətini çox şişirdir» deyə bildirmişdi. Rəsmi Tehran isə qazın qiymətində endirimin olacağını vəd edib və buna R.Ərdoğanın İrana gözlənilən səfəri zamanı nail olunacağı ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR