FHN Gəncədə “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirilib - FOTO

FHN Gəncədə “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda seminar-müşavirə keçirilib - <span style="color: red;">FOTO
# 26 noyabr 2013 16:33 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) ticarət müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulmasının qarşısını almaq, bu sahənin işçilərini yanğın təhlükəsizliyi bilgiləri ilə maarifləndirmək məqsədilə Gəncə şəhərində regional seminar-müşavirə keçirib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, qərb bölgəsindəki ticarət müəssisələrinin, anbar və bazaların nümayəndələrinin iştirak etdiyi tədbirdə, bölgədə fəaliyyət göstərən ticarət müəssisələrinin yanğın təhlükəsizliyinin vəziyyəti müzakirə olunub, yanğın təhlükəsizliyi qaydalarının tələblərinə zidd halların qısa müddətə aradan qaldırılması üçün tapşırıqlar verilib. Tədbirdə obyekt rəhbərlərinin yanğın təhlükəsizliyinin təmin olunmasına şəxsi məsuliyyət daşıdığı diqqətə çatdırılıb, bütün işçilərin yanğın təhlükəsizliyi qaydalarını dəqiq bilmələri və ciddi yerinə yetirmələri xüsusi vurğulanıb, müvafiq maarifləndirmə işləri aparılıb. Seminar-müşavirədə çıxış edən FHN-in DYNX-nin Yanğına Qarşı Təbliğat şöbəsinin rəisi Hikmət Quliyev bildirib ki, ticarət müəssisələrində yanğın zamanı ərazinin yanğın təhlükəsizliyi və tüstüyə qarşı qurğuların istismarı zamanı insanların təhlükəsizliyi təmin edilməlidir. Müşavirədə ticarət müəssisələrində yanğına qarşı su təchizatının vacibliyinə toxunularaq bildirilib ki, su təchizatı ilə əlaqədar olaraq müvafiq normativ sənədlərin bütün tələblərinə ciddi əməl olunmalıdır. İsitmə mövsümünün başlanması ilə bağlı tüstü baca və borularının təmizlənməsinin vacibliyi həmçinin, yanğın əleyhinə olan balonlar təlimata uyğun yerlərdən asılması da iştirakçıların nəzərinə çatdırılıb.

Tədbir iştirakçılarına “Ticarət müəssisələrində yanğın təhlükəsizliyi” adlı video-stend nümayiş etdirilib, metodik vasitə kimi yaddaş kitabçası paylanılıb. Müşavirədən sonra Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən ticarət müəssisələrinin yanğına qarşı su təchizatının və ilkin yanğınsöndürmə vasitələrinin vəziyyətinə baxış keçirilib, çatışmazlıqlarla bağlı müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR