İranda bir nəfər edam edilib

İranda bir nəfər edam edilib
# 06 dekabr 2013 01:56 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Kohgiluyə və Boyer-Əhməd vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, məhbus qətldə günhlandırılaraq dara çəkilib. Kohgiliyə şəhərindən olan 28 yaşlı məhbusun bir neçə il əvvəl münaqişə zəminində bir nəfəri öldürdüyü bildirilir. Qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 5-də səhər saatlarında Qəçsəran şəhərinin həbsxanasında icra edilib.

Qeyd edək ki, ötən ay İranda 60 nəfərə yaxım şəxs edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR