“Ceyşul Ədl” girov götürdüyü iranlı sərhədçiləri azadlığa buraxdığını açıqlayıb - FOTO

“Ceyşul Ədl” girov götürdüyü iranlı sərhədçiləri azadlığa buraxdığını açıqlayıb - <span style="color: red;">FOTO
# 04 aprel 2014 08:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Bu ilin fevralında İran-Pakistan sərhədində girov götürülmüş sərhədçilər azadlığa buraxılıb.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə İran bəluclarının hüquqları uğrunda silahlı mübarizə aparan “Ceyşul Ədl” qruplaşmasının ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Əbdulrauf Rigi açıqlama verib.

Onun sözlərinə görə, belə bir qərar İranın şərq sərhədində bəzi bəluc tayfalarının başçıları və sünni alimlərindən ibarət nümayəndə heyəti ilə görüşdən sonra verilib. Hələlik İran hökuməti xəbəri təsdiqləməyib.

Qeyd edək ki, bu il fevralın 6-da İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan vilayətində “Ceyşul Ədl” silahlı qruplaşması tərəfindən 5 iranlı sərhədçi oğurlanaraq Pakistana aparılıb. Ötən ay onlardan biri Cəmşid Danaifərin qətlə yetirildiyi xəbəri yayılıb, daha sonra məlumat öz təsdiqini tapıb. İran prezidenti Həsən Ruhani də Pakistan hakimiyyətindən sərhədçilərin azad olunması üçün tədbirlər görməsini tələb edib. Ötən gün bəzi KİV-lər İranla “Ceyşul Ədl” silahlı qruplaşması arasında razılaşma əldə olunması barədə xəbər yayılıb. Xəbərdə rəsmi Tehranın 4 girov sərhədçisinin müqabilində 34 məhbusun mübadiləsinə dair razılığa gəldiyi bildirilir. Ancaq İranın Sistan və Bəlucistan vilayətinin valisi Əli Əsvət Haşimi məlumatı təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR