Ötən il ərzində Azərbaycandakı cəzaçəkmə müəssisələrində 102 ölüm halı baş verib - VİDEO

Ötən il ərzində Azərbaycandakı cəzaçəkmə müəssisələrində 102 ölüm halı baş verib - <span style="color: red;">VİDEO
# 05 mart 2014 09:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatında qeyd olunub.

Məlumata görə, il ərzində cəzaçəkmə müəssisələrində tibb-sanitar hissələrində vəziyyət yaxşılaşdırılıb, sağlamlıq otaqlarının sayı 14-ə çatdırılıb.

Hesabatda qeyd olunub ki, görülmüş tədbirlər nəticəsində 2012-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində ölüm hallarının sayı 23 faizədək azalıb. Belə ki, 2012-ci ildə 133 , 2013-cü ildə isə 102 ölüm halı qeydə alınıb. O cümlədən vərəmdən ölənlərin sayı 33 faizdən çox azalıb. 2012-ci ildə vərəmdən ölənlərin sayı 26, 2013-cü ildə isə 16 nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR