Hüquq müdafiəçisi: “Pərviz Həşimli aclıq aksiyasına başlaması ilə bağlı müraciət etməyib” - YENİLƏNİB

Hüquq müdafiəçisi: “Pərviz Həşimli aclıq aksiyasına başlaması ilə bağlı müraciət etməyib” - <span style="color: red;">YENİLƏNİB
# 15 aprel 2014 14:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Pərviz Həşimli aclıq aksiyasına başlaması ilə bağlı müraciət etməyib.

Bu barədə APA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bildirib.

E. Behbudov deyib ki, təqsirləndirilən şəxs aclıq aksiyasına başlayanda istintaq təcridxanasının rəhbərliyinə ərizə ilə rəsmi qaydada müraciət etməlidir: “Bu qayda hər yerdə eynidir. Qanunvericiliyə uyğun olaraq saxlanılan şəxs aclıq aksiyana başlayırsa, rəsmi şəkildə müraciət etməli, bundan sonra həkim nəzarətinə götürülməlidir. Pərviz Həşimlinin aclıq aksiyasına başlaması ilə maraqlandım. Onun saxlandığı istintaq təcridxanasından bildirdilər ki, P. Həşimli aclıq aksiyana başlaması barədə rəsmi qaydada müraciət etməyib”.

***

saat 16:34

Bakı. Şəhriyar Əlizadə - APA. “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimli aclıq aksiyasına başlayıb. APA-nın məlumatına görə, bu barədə P. Həşimlinin vəkili Elçin Sadıqov “Facebook” sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, P. Həşimli saxlanıldığı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında bu gündən başlayaraq aclıq edir. Vəkil qeyd edib ki, P. Həşimli aclıq aksiyasına başlaması barədə təcridxana rəhbərliyinə məlumat da verib.

Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə məhkəmə prosesi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR