Amerikalı konqresmenə Heydər Əliyev mükafatı verilib - FOTOSESSİYA

Amerikalı konqresmenə Heydər Əliyev mükafatı verilib - <span style="color: red;">FOTOSESSİYA
# 11 may 2013 08:34 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, 10 may tarixində məşhur “Mayflower” otelində keçirilmiş tədbirin açılışında Vaşinqton və Savanna şəhərlərinin merlərinin təbrik məktubları oxunub.

Çoxsaylı qonaqların qatıldığı tədbirdə çıxış edən səfir Elin Süleymanov Azərbaycanın dövlətçilik ənənələrinin bərpasının banisi Heydər Əliyevin vətənin və xalqının rifahına həsr olunmuş nümunəvi həyat yolu barədə danışıb. Diplomat hazırda Azərbaycan dövlətinin əldə etdiyi bütün uğurların Heydər Əliyevin xarici siyasətinin bəhrəsi olduğunu bildirib və tarixdə şəxsiyyətin roluna toxunaraq Amerikanın lideri Abraham Linkolnun çətin həyatı fonunda taleyüklü qərarlar qəbul etməsi ilə xalqın və dövlətin taleyini dəyişməsi faktını xatırladıb və Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, beynəlxalq arenada mövqeyinin güclənməsində misilsiz xidmətlərini qeyd edib.

Tədbirdə ilk dəfə olaraq səfirlik tərəfində təsis edilmiş Azərbaycan-ABŞ münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Heydər Əliyev mükafatının təqdimatı da keçirilib. Bu ali mükafat ABŞ Nümayəndələr Palatasının Avropa və Avrasiya üzrə altkomitəsinin keçmiş sədri, konqresmen Dan Börtona (Dan Burton) təqdim edilib. D. Börton liderlik simvolu olan Heydər Əliyev adına mükafata ABŞ-ın Avrasiya regionunda siyasi xəttinin yürüdülməsində oynadığı aparıcı rola görə layiq görülüb.

Qeyd edək ki, İndiana ştatını təmsil etmiş D. Börton ABŞ Konqresində Xocalı faciəsindən bəhs edən ilk siyasətçidir. Belə bir mükafata layiq görülməsindən böyük şərəf və məmnunluq hissi keçirdiyini bildirən D. Börton bundan sonrakı fəaliyyətində də ona göstərilmiş etimada sadiq qalaraq dövlətlər arasında münasibətlərin dərinləşməsi üçün əlindən gələni edəcəyini bildirib.

Tədbirin rəsmi hissəsindən sonra Azərbaycanın müasir caz ifaçılıq sənətinin ən parlaq nümayəndələrindən biri, 45-ci Beynəlxalq Montre Caz Festivalının qalibi, əməkdar artist Emil Əfrasiyab dünya və Azərbaycan musiqi sənətinin incilərini böyük ustalıqla ifa edib.

Konsert proqramının ikinci hissəsində Amerikada yaşayan azərbaycanlı Zülfüqar Bağırovun rəhbərlik etdiyi qrupun ifasında ilk dəfə olaraq görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Fərəc Qarayevin əsərlərinin caz təfsiri məharətlə səsləndirilib.

Tədbirdə ABŞ-ın müxtəlif dövlət strukturlarının rəsmiləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri, analitik mərkəzlərin mütəxəssisləri, eləcə də türk və yəhudi icmasının çoxsaylı üzvləri, ABŞ Konqresi Nümayəndələr Palatasının sabiq spikeri Bob Livingston iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR