Bu il Azərbaycanda sığorta olunanların sayı 65 min nəfər artıb - VİDEO

Bu il Azərbaycanda sığorta olunanların sayı 65 min nəfər artıb - <span style="color: red;">VİDEO
# 18 aprel 2014 11:15 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda fərdi uçot sistemində 2 mln. 750 mindən çox sığorta olunan qeydiyyata alınıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Fərdi uçotun təşkili şöbəsinin müdiri Nigar Pənahova bildirib.

O, qeyd edib ki, bu rəqəmlər 2006-cı ilin yanvarın 1-dən bu günə qədər olan dövrü əhatə edir.

N. Pənahovanın sözlərinə görə, sosial sığorta sistemində fərdi uçota alınanların sayı 2013-cü il ərzində 425 min nəfərdən çox artıb.

“2014-cü ilin yanvar ayının 1-dən indiyə qədər sığorta olunanların sayı 65 min nəfər artıb. 17 634 nəfər əcnəbinin isə fərdi şəxsi hesabı açılıb”, - deyə N. Pənahova qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR