İçərişəhərdə “Avropa Şəhərciyi” layihəsi keçiriləcək

İçərişəhərdə “Avropa Şəhərciyi” layihəsi keçiriləcək
# 31 may 2013 08:51 (UTC +04:00)

Bakı – APA. Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyi və AB-yə üzv dövlətlərin səfirlikləri "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Avropa Hərəkatı Azərbaycan təşkilatı ilə tərəfdaşlıq şəraitində qədim Bakı şəhərində cari ilin 1-2 iyun tarixlərində “Avropa Şəhərciyi”nin keçiriləcəyini elan edib. AB-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, “Avropa Şəhərciyi”ndə Azərbaycandakı cari AB layihələri, eləcə də AB ölkələrinin mövqeyindən cari Avropa mədəniyyəti təqdim olunacaq. Tədbirdə məqsəd Avropa rəqslərini, musiqisini, xörəklərini, dillərini və bir çox digər fəaliyyət növlərini Azərbaycan ictimaiyyətinə nümayiş etdirməklə, Avropanın mədəni həyatının müxtəlifliyini və zənginliyini vurğulamaqdır.

“Avropa Şəhərciyi” İçərişəhərdə 1 və 2 iyun tarixlərində saat 11.00-dən saat 21.00-dək açıq olacaq. İstirahət günlərində qonaqlar AB və ona üzv dövlətlərin stendlərinə gedə biləcək, AB-nin yardımı ilə Azərbaycanda icra olunan layihələrlə tanış olacaq, AB səfirlərinin müxtəlif təqdimatlarını və nitqlərini dinləyə biləcək, rəqs, dil dərsləri keçəcək, karaoke oxuyacaq, Avropa mətbəxini dadmaq, müxtəlif viktorinalarda iştirak etmək və müxtəlif mükafatlar qazanmaq imkanı əldə edəcək. Hər iki axşam Azərbaycanın məşhur və Avropanın istedadlı musiqiçilərinin həm klassik, həm də müasir üslubda ifası ilə keçiriləcək konsertlərlə yekunlaşacaq.

AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib ki, “Avropa Şəhərciyi” AB ilə Azərbaycan arasındakı əlaqələrin genişlənməsini nümayiş etdirən mühüm alətdir: “Bu, Avropa Birliyinin Azərbaycandakı fəaliyyətini nümayiş etdirir, qonaqları Avropanın təklif etdiyi məsələlərdə iştirak etməyə və onun dadını çıxarmağa dəvət edir. Bununla AB və ona üzv dövlətlər barədə Azərbaycanda məlumatlanma artacaq və ümidvarıq ki, cari ilin noyabr ayında viza rejiminin sadələşdirilməsi sazişləri imzalanan kimi bu, növbəti dəfə Avropanın hansı ölkəsinə səfər etməyi qərar vermələrində bizim qonaqlara yardım edəcək. Hər kəsi “Avropa Şəhərciyi”ndə Avropanı görməyə, öyrənməyə, onunla rəqs etməyə və onu hiss etməyə dəvət edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR