Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb

Azərbaycanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb
# 02 sentyabr 2013 10:02 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-130, Kiçik Qafqazın çaylarında 60-100, Lənkəran-Astara bölgəsi çaylarında 15-20, Naxçıvan MR çaylarında isə 50%-ni təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, sentyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub.

Hazırda məntəqədə su sərfi 75,0 m3/s, ongünlük normanın 61%-ni təşkil edir. Sentyabrın 1-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 66,0 m3/s olmaqla, ongünlük normanın 91%-ni təşkil edir.

Sentyabrın 1-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə edilib. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 2, Bankədə 28 sm artım, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində isə 1 sm azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR