Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib

Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib
# 31 mart 2014 14:09 (UTC +04:00)

Bakı - APA. Bakı Ali Neft Məktəbində 31 mart soyqırımı qurbanlarının anım mərasimi keçirilib.

Məktəbdən APA-ya verilən məlumata görə, 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimi açan rektor Elmar Qasımov XX əsrin əvvəllərində Qafqazda baş vermiş siyasi hadisələrin tarixindən danışıb, erməni daşnaklarının Naxçıvanda, Dərələyəzdə, Vedidə, Zəngəzurda, Şamaxıda, Qubada, Bakıda azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri sadalayıb, bunların erməni millətinin özgə torpaqlarını mənimsəmək xislətindən irəli gəldiyini qeyd edib.

O, Heydər Əliyev tərəfindən 1918-ci il mart hadisələrinə siyasi qiymət verilməsi haqqında sərəncam verdiyini bildirib, Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dinamik inkişaf yolunda böyük uğurlar əldə etdiyini, beynəlxalq aləmdə ermənilərin çirkin siyasətinin iflasa uğraması üçün miqyaslı və səmərəli tədbirlər həyata keçirildiyini vurğulayıb, gəncləri dövlətçilik amalları ətrafında birləşməyə, ölkəmizin maraqlarını daim müdafiə etməyə çağırıb.

Mərasimdə çıxış edənlər - kafedra müdiri, professor Arif Məmmədzadə, prorektor, professor Ramiz Hümbətov və dosent Manafəddin Namazov erməni dövlətinin tarixinin saxta mənbələrə söykəndiyini qeyd edib, ermənilərin yalanlarına qarşı daim mübarizə aparmağa çağırıb və Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqına məxsus bütün torpaqların geri alınacağına ümidvar olduqlarını bildiriblər.

Sonda tələbələrin hazırladığı mart hadisələrinə həsr olunmuş film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR