Bakıda intihara cəhd edən şəxs xilas edilib - FOTOSESSİYA - YENİLƏNİB - VİDEO

Bakıda intihara cəhd edən şəxs xilas edilib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 10 yanvar 2014 19:06 (UTC +04:00)

APA-nın xəbərinə görə, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) əməkdaşları intihar etmək istəyən paytaxt sakini 36 yaşlı İbrahimli Röyal Hümbət oğlunu xilas edib.


XRXX-nin həkim-psixoloqları həmin şəxslə söhbət apararaq onu bu hərəkətindən döndərməyə nail olublar. Uğurlu keçən əməliyyatın sonunda İbrahimli Röyal Hümbət oğlu hüquq-mühafizə orqanlarına təhvil verilib.


Onun nişanlı olduğu və özünü atmaq istəməsinin də məhz ailə münaqişəsi zəminində baş verən hadisədən qaynaqlandığı deyilir.

***

21:04

Bakının Xətai rayonunda bir nəfər intihara cəhd edib.


APA-nın məlumatına görə, 36 yaşlı Royal adlı şəxs Xocalı prospektində tikilməkdə olan 16 mərtəbəli binanın damınadan özünü atacağını bildirib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları və polis hadisə yerindədirlər.

Özünü binadan atmaq istəyən şəxslə danışıqlar aparır, intihara cəhdin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR