Azərbaycanlı siyasi məhbus İran həbsxanasında aclıq aksiyasına başlayıb

Azərbaycanlı siyasi məhbus İran həbsxanasında aclıq aksiyasına başlayıb
# 23 may 2013 03:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Azərbaycanlı siyasi məhbus İran həbsxanasında aclıq aksiyasına başlayıb. APA-nın HRAZ-a istinadən məlumatına görə, hazırda Kərəc şəhərinin Rəcayişəhr həbsxanasında cəza çəkən Şahrux Zamani mayın 18-dən etibarən ərəb siyasi fəalı olan məhbəs yoldaşı Xalid Hərdani birlikdə bu addımı atıb. Aksiyanın keçirilməsinə səbəb İranın Xuzisatan vilayətinin mərkəzi olan Əhvaz Şəhər Bələdiyyəsinin Şiləngabad məhəlləsində 7 ərəb ailəsinin evini buldozerlə dağıtmasıdır. Xəbərdə ərəb ailələrinin əşyalarını belə evlərindən götürməsinə imkan verilmədiyi və onların hazırda uçurulmuş evlərinin yanında çadırda yaşadıqları bildirilir. Ş.Zamani və X. Hərdani əhvazlı ailələrin üzləşdiyi zülmə etiraz etmək, habelə İran cəmiyyəti, beynəlxalq ictimaiyyəti və qurumları həmin ailələrə dəstək verməyə çağırmaq üçün aclıq aksiyasına başladıqlarını qeyd ediblər. Onlar ailələr evlə təmin edilməyənə qədər aclıq aksiyasını davam etdirəcəklərini vurğulayıblar.

Qeyd edək ki, Ş.Zamani 2011-ci il avqustun 18-də Təbriz İnqilab Məhkəməsi tərəfindən 11 il azadlıqdan məhrum edilib. İranın Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR