Şəmkirdə evdə partlayış baş verib, xəsarət alan var - FOTO - VİDEO

Şəmkirdə evdə partlayış baş verib, xəsarət alan var - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 may 2014 15:34 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə mənzillərin birində güclü partlayış baş verib. Hadisə nəticəsində ev sahibi ağır yaralanıb.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Təzəkənd kəndində fərdi yaşayış evində qeydə alınıb. Kənd sakini, 45 yaşlı Qurban Abdullayev səhər saatlarında evdə işığı yandırarkən partlayış baş verib.

Q. Abdullayev ağır yanıq xəsarətləri ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına aparılıb. Zərərçəkmişin vəziyyəti ağır olduğundan ona ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına göndərilib.

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş yaralının vəziyyəti ağırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR