Moskvada etiraz aksiyası iştirakçıları saxlanılıb

Moskvada etiraz aksiyası iştirakçıları saxlanılıb
# 31 yanvar 2014 19:50 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hərəkatın lideri Eduard Limonov daxil olmaqla, Moskva icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 25 nəfər saxlanılıb və polis idarəsinə aparılıb.

“Druqaya Rossiya” hərəkatının üzvləri hər ayın 31-i Rusiya Konstitusiyasının vətəndaşlara sərbəst toplaşmaq hüququna zəmanət verən 31-ci maddəsinin müdafiəsinə həsr edilən aksiyalar keçirir.

Moskva icra hakimiyyəti, bir qayda olaraq, müxalifətə mitinq keçirməyə icazə vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR