DİN: Lökbatanda qadın dəm qazından zəhərlənərək ölüb

DİN: Lökbatanda qadın dəm qazından zəhərlənərək ölüb
# 07 mart 2014 10:05 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan Natalya Məmmədova mənzilində dəm qazından zəhərlənərək ölüb.

Qeyd edək ki, martın 5-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi Vilayət Əsgərov küçəsində yerləşən dörd yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Nəticədə 100-dən çox sakin həkimə müraciət edib. Hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həyatını xilas etmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR