Bakı sakinini döyərək külli miqdarda pulunu alan şəxs tutulub

Bakı sakinini döyərək külli miqdarda pulunu alan şəxs tutulub
# 09 sentyabr 2013 10:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı sakinini döyərək külli miqdarda pulunu alıblar.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Ələmdar Zeynalova yumruqla xəsarət yetirərək içərisində 14 000 manat, 24 000 dollar, 262 000 rubl və 1 ədəd mobil telefonu olan çantasını ondan alan Bakı şəhər sakini Yusif Nəsibov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR