Qahirədə toqquşma baş verib, polis islamçı tələbəni güllələyib

Qahirədə toqquşma baş verib, polis  islamçı tələbəni güllələyib
# 28 dekabr 2013 16:07 (UTC +04:00)

APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, dekabrın 28-də fəaliyyəti qadağan olunmuş “Müsəlman qardaşları” hərəkatının üzvləri “Əl-Əzhər” Universitetinin binasını zəbt edərək yandırıblar.

Hadisə yerinə gələn polislər tələbə şəhərciyinə daxil olublar və tələbələrlə toqquşma zamanı, ilkin məlumatlara əsasən, “Müsəlman qardaşları”nın gənc tərəfdarı güllələnib.

Bir gün əvvəl Qahirənin şimalı-şərqində yerləşən Nəsr Sitidə “Əl-Əzhər” İslam Universitetinin tələbələri etiraz aksiyası keçiriblər. Bu, yerli sakinlərin narazılığına səbəb olub. Yaranmış münaqişə zamanı tərəflər arasında atışma baş verib, polis iğtişaş iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə edib

Xatırladaq ki, dekabrın 25-də Misir hökuməti rəsmi olaraq “Müsəlman qardaşları” hərəkatını terror təşkilatı elan edib.

Bu ilin iyulunda hərbçilər tərəfindən devrilmiş Məhəmməd Mursinin tərəfdarları kütləvi aksiyalar keçirir və liderlərini dövlət başçısı postuna qaytarmağı tələb edirlər. Nəticədə toqquşma və iğtişaşlar zamanı yüzlərlə insan həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR