ABŞ-ın Nyu Meksiko ştatında məktəbdə baş vermiş atışma nəticəsində 2 şagird yaralanıb

ABŞ-ın Nyu Meksiko ştatında məktəbdə baş vermiş atışma nəticəsində 2 şagird yaralanıb
# 15 yanvar 2014 03:14 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Nyu Meksiko ştatında ötən gün məktəbdə baş vermiş atışma nəticəsində azı 2 şagird yaralanıb. APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bundan əvvəl insident nəticəsində 1 nəfərin yaralandığı bildirilirdi. Yaralı uşaqlar yerli xəstəxanaya yerləşdirilib. Huffington Post nəşrinin məlumatına görə, yaralanan şagirdlərdən birinin 14 yaşı var.

Məlumata görə, atəş açan şəxs artıq saxlanılıb.

Məktəblilər avtobuslarla yaxınlıqdakı ticarət mərkəzinə təxliyə olunub.

İnsidentin təfərrüatları hələlik açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR