BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşları sabah erməni əsirlə görüşəcəklər

BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşları sabah erməni əsirlə görüşəcəklər
# 19 avqust 2013 13:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin erməni əsir Akop İnciqulyanla görüşü üçün heç bir problem yoxdur”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib.

Onun sözlərinə görə, sabah saat 16.00-da BQXK-nın Bakı ofisinin nümayəndələrinin əsirlə görüşü olacaq: “Ona görə də erməni tərəfinin bununla bağlı səs-küy qoparmasının heç bir məntiqi əsasını görmürəm. Əsirlə bağlı beynəlxalq norma və konvensiyalara uyğun rəftar edilir, ona erməni tərəfinin iddia etdiyi kimi heç bir təzyiq göstərilmir”.

Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR