Küveyt Dövlət Neft Şirkəti Korporativ Xidmətlər Direktoratının vitse-prezidenti Azərbaycanda səfərdədir - FOTO

Küveyt Dövlət Neft Şirkəti Korporativ Xidmətlər Direktoratının vitse-prezidenti Azərbaycanda səfərdədir - <span style="color: red;">FOTO
# 08 may 2014 15:39 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təşəbbüsü və ölkənin Küveytdəki səfirliyinin dəstəyi ilə Küveyt Dövlət Neft Şirkəti Korporativ Xidmətlər Direktoratının vitse-prezidenti İsmayıl Abdullanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri həyata keçirilir. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı ANAMA-nın direktoru Nazim İsmayılov və AIDA-nın rəisi Əşrəf Şıxəliyevin iştirakı ilə nümayəndə heyəti arasında keçirilmiş görüşdə minalarla və neftlə çirklənmiş ərazilərin təmizlənməsi və bərpası sahəsində Azərbaycanın əldə etdiyi təcrübəsi ətrafında fikir mübadiləsi aparılıb və bu istiqamətdə mümkün əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Dövlət Neft Şirkətində və Azərbaycan Dövlət Neft Akademiyasının “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” Elmi-Tədqiqat İnstitutunda görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR