Vyanada İran, Avropa Birliyi və ABŞ arasında üçtərəfli nüvə müzakirələri keçirilib

Vyanada İran, Avropa Birliyi və ABŞ arasında üçtərəfli nüvə müzakirələri keçirilib
# 17 iyun 2014 07:52 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün Vyanada İran xarici işlər naziri, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və ABŞ dövlət katibinin müavini arasında üçtərəfli görüş keçirilib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif, Ketrin Eşton və Uilyam Börns İranla “altılıq” ölkələri arasında rəsmi müzakirələrdən əvvəl ixtilafların azalması və yekun razılaşma mətninin hazırlanması üçün fikirlərin yaxınlaşması məqsədilə bir araya gəliblər.

İki saat yarım davam edən danışıqlarda tərəflər yekun nüvə razılaşmasının mətninin yazılması ilə bağlı İranla “altılıq” ölkələri arasında keçirilməsi planlaşdırılan rəsmi müzakirələrdə gündəmdə duran mövzular haqqında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, M. C. Zərif və K. Eşton iyunun 16-da İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki (AEBA) daimi nümayəndəliyinin binasında işgüzar nahar yeməyində bir araya gələrək növbəti nüvə müzakirələrinin gündəliyini də müəyyənləşdiriblər. Bu gün BMT-nin Vyanadakı mənzil-qərargahında öz işinə başlayacaq danışıqlarda məqsəd yekun razılaşmanın mətninin hazırlanmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR