Azərbaycanda 7 minə qədər mədəni irs nümunəsinin 20-25 faizi pasportlaşdırılıb

Azərbaycanda 7 minə qədər mədəni irs nümunəsinin 20-25 faizi pasportlaşdırılıb
# 19 iyun 2013 11:20 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycanda təxminən 7 minə qədər mədəni irs nümunələri mövcuddur. Onların 20-25 faizə yaxını pasportlaşdırılıb.

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, abidələrin pasportlaşdırılması uzunmüddətli prosesdir. Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki mədəni irs nümunələrinin də siyahıda olduğunu deyən nazirin sözlərinə görə, torpaqlar geri qaytarılandan sonra onların aqibəti bəlli olacaq: “Azərbaycanda abidələrin pasportlaşdırılması ilə bağlı müvafiq tədbirlər görülür. Ancaq deməzdim ki, bu istiqamətdəki işlər çox sürətlə gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR