Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşıb

Milli Məclisin İntizam və Hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşıb
# 03 fevral 2014 11:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan parlamentinin İntizam və Hesablayıcı komissiyalarının tərkibi 2014-cü ilin yaz sessiyasında yenidən formalaşıb.

APA-nın məlumatına görə, müzakirələr zamanı əvvəlcə İntizam komissiyasının tərkibi yenidən müəyyənləşib.

Komissiyanın tərkibi deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımoıv, Səttar Mehbalıyev, Fazil Mustafa, Səyavuş Novruzov və Sədaqət Vəliyevadan ibarət olub.

Daha sonra Hesablayıcı komissiya yenidən formalaşdırıb. Komissiyaya deputatlar İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Orucov və Mixail Zabelin daxil olub. Prosedura uyğun olaraq hər iki komissiya öz aralarında sədr seçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR