İranın müdafiə naziri: “Müxaliflərin Suriyaya zarin qazı keçirdiyi barədə 8 ay öncə xəbərdarlıq yaymışdıq”

İranın müdafiə naziri: “Müxaliflərin Suriyaya zarin qazı keçirdiyi barədə 8 ay öncə xəbərdarlıq yaymışdıq”
# 03 sentyabr 2013 12:15 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. “İran 8 ay əvvəl müxaliflər və onları dəstəkləyən qüvvələr tərəfindən Suriyaya zarin qazı keçirildiyi barədə xəbərdarlıq edib”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın müdafiə naziri Hüseyn Dehqan bildirib.

Onun sözlərinə görə, ABŞ hazırda Suriyada hərbi balansı dəyişdirə biləcək gücə sahib deyil: “Ona görə də məhdud çərçivədə hücumla müxaliflərə mənəvi güc verməyə səy göstərir”.

H. Dehqan deyib ki, ABŞ-dan sülhün nə demək olduğunu anlamır və müharibə çığır-bağırı salmaqla məşğuldur: “ABŞ kimyəvi silah hücumunu bəhanə edərək Suriyaya hərbi müdaxilə etmək istəyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR