Şəkidə qadın dəm qazından boğulub

Şəkidə qadın dəm qazından boğulub
# 22 dekabr 2013 08:25 (UTC +04:00)

Şəki. Vüqar Heydərov-APA. Şəkidə 45 yaşlı qadın dəm qazından boğulub.

Şəki Şəhər Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabrın 21-i axşam saatlarında rayonun Daşüz kəndində qeydə alınıb.

Şəki rayonu Daşüz kənd sakini, 1968-ci il təvəllüdlü Yunusova Gülər Nəzir qızı yaşadığı evin vanna otağında ailə üzvüləri tərəfindən huşsuz vəziyyətdə aşkarlanıb. Müayinə zamanı məlum olub ki, Gülər Yunusova dəm qazından zəhərlənərək ölüb.

Fakala bağlı Şəki rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR