İranla Rusiya arasında xam neft müqabilində əmtəə mübadiləsinə dair razılaşma əldə olunub

İranla Rusiya arasında xam neft müqabilində əmtəə mübadiləsinə dair razılaşma əldə olunub
# 03 aprel 2014 12:53 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Rusiya arasında xam neft müqabilində əmtəə mübadiləsinə dair razılaşma əldə olunub.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, müqavilənin dəyəri 20 milyon dollar dəyərində qiymətləndirilir.

Bu razılaşma Qərbin sanksiyalarına baxmayaraq, İrana enerji məhsulları üzrə ixracını artırmağa imkan verir. Ancaq ABŞ hökuməti İranla Rusiya arasında belə bir müqavilənin imzalanmasından narahatdır. Rəsmi Vaşinqton bildirib ki, bu anlaşma ciddi narahatlığa səbəb ola bilər və İranla Qərb ölkələri arasında aparılan nüvə müzakirələrinə ziddir.

Qeyd edək ki, Rusiya gündəlik 500 min barel xam neft idxalı müqabilində İrana əmtəə və avadanlıq verilməsi barədə iki ölkə arasında müzakirələr aparılırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR