Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,1% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq 0,1% yüksəlib
# 31 mart 2014 07:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 28-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 16 323 bəndədək, S&P 500 0,5% - 1 858 bəndədək, Nasdaq 0,1% - 4 156 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına makroiqtisadi göstəricilər təsir edib. İlk növbədə bu, istehlak gəlirləri və xərclərin fevral ayında 0,3% artması ilə bağlıdır.

Avropa fond bazarlarında martın 28-də FTSE 100 indeksi 0,4% - 6 616 bəndədək, Almaniya DAX-ı 1,4% - 9 587 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 411 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,01% azalaraq 1 294,10 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3752 dollar (+0,01%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR