Xilasedicilər dənizdə qayıqda köməksiz qalan bir nəfəri xilas ediblər

Xilasedicilər dənizdə qayıqda köməksiz qalan bir nəfəri xilas ediblər
# 06 iyul 2013 22:23 (UTC +04:00)

Bakı-APA. Xilasedicilər dənizdə qayıqda köməksiz qalan bir nəfəri xilas ediblər.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Səbail rayonu, “Dostluq” çimərliyi istiqamətində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 3500 metr sola, 700 m dənizin içərisinə doğru) şəxsi qayıqla dənizə gəzintiyə çıxaraq mühərrikin sıradan çıxması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin ,“Bakı” dalğıc-axtarış qrupunun 1 nəfər xilasedicisi və “Şıx-2” sularda xilasetmə məntəqəsinin 1 nəfər xilasedicisi 1 ədəd 4 metrlik qayıqla hadisə yerinə göndəriliblər. Xilasedicilər tərəfindən 1 nəfər xilas edilib və ona məxsus qayıq da yedəyə alınaraq sahilə çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR