Riqada ölənlərin sayı 32-yə çatıb

Riqada ölənlərin sayı 32-yə çatıb
# 22 noyabr 2013 11:27 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Riqadakı ticarət mərkəzində baş vermiş uçqun nəticəsində ölənlərin sayı 32-yə yüksəlib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, dağıntılar altında hələ də insanların qaldığı bildirilir və ölənlərin sayının artacağı güman olunur.

Latviyanın baş naziri Valdis Dombrovskis hadiye yerinə baxış keçirib. O, fakt üzrə cinayət işinin qaldırıldığını və istintaq aparıldığını bildirib.

Qeyd edək ki, olay noyabrın 21-də yerli vaxtla saat 18.00 radələrində baş verib. Əvvəlcə binanın dam örtüyü və divarlardan biri uçub. Hadisə yerinə xilasedicilər gəldikdən sonra ikinci divar uçub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR