Gəncə sakini dəm qazından zəhərlənib

Gəncə sakini dəm qazından zəhərlənib
# 14 mart 2014 07:20 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə zəhərlənmə hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1994-cü il təvəllüdlü Hacıyev Aslan Etibar oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım nəticəsində 20 yaşlı sakinin həyatını qurtarmaq mümkün olub. Araşdırma zamanı məlum olub ki, A. Hacıyev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR