“ElmTV” internet televiziya kanalının yaradılması məsələ müzakirə edilib

“ElmTV” internet televiziya kanalının yaradılması məsələ müzakirə edilib
# 22 oktyabr 2013 13:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. AMEA Rəyasət Heyətində (RH) AMEA RH Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planının müzakirəsinə həsr olunmuş iclas keçirilib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, akademiyada həyata keçirilən yeni islahatlardan danışan İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev bildirib ki, RH Mərkəzi Aparatının informasiyalaşdırılmasına dair Fəaliyyət Planı çərçivəsində görülən işlərin yekunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirilməlidir.

İclasda İTİ-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov RH-nin struktur bölmələrinin fəaliyyətinin İT əsasında yenidən qurulması, elektron sənəd dövriyyəsi sisteminin işlənməsi, www.science.gov.az veb-portalının yenidən qurulması, AMEA-nın “ElmTV” internet televiziya kanalının yaradılması ilə bağlı işlərin icra vəziyyəti haqqında ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR