ABŞ-da təhsil almış azərbaycanlı tələbələrin sayı 388 nəfərə çatıb - FOTO

ABŞ-da təhsil almış azərbaycanlı tələbələrin sayı 388 nəfərə çatıb - <span style="color: red;">FOTO
# 14 may 2014 10:46 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. “ABŞ hökuməti azərbaycanlı tələbələr üçün ABŞ-da təhsillə bağlı məlumat yayır, onlara müxtəlif seçim imkanlarından danışır”. APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Stefan Qays deyib. O bildirib ki, Bakıda fəaliyyət göstərən Amerika Mərkəzi ABŞ Dövlət Departamentinin ödənişsiz təklif etdiyi proqramla bağlı da məlumat verir: “Bir çox proqramlar Azərbaycan Təhsil Nazirliyi tərəfindən keçirilir”.


Tədbirdə qeyd olunub ki şənbə günü keçiriləcək Təhsil Yarmarkasında ABŞ-da təhsil almış məzunlar təhsil aldıqları universitetlər haqqında məlumat verəcəklər. Artıq ABŞ-da təhsil almış azərbaycanlı tələbələrin sayı 388 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR