Azərbaycanda göstərdiyi elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumlarının adı açıqlanıb

Azərbaycanda göstərdiyi elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumlarının adı açıqlanıb
# 19 avqust 2013 14:15 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda göstərdiyi elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumu müəyyənləşib.

«APA-Economics»in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, göstərdiyi elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumu məhz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Hazırda nazirlik tərəfindən 24 elektron xidmət göstərilir. Bu xidmətlərə təkcə iyul ayı ərzində 54 207 dəfə müraciət edilib.

Xidmətlərinə göstərilən marağa görə, Dövlət Sosial Müdafiə Fondu (7 xidmət) 12 177 müraciətlə ikinci yeri tutur, üçüncü yerdə isə 10 elektron xidmət göstərən Vergilər Nazirliyi 1 564 müraciətlə qərarlaşıb.

Bununla yanaşı, 1 407 müraciətlə Ədliyyə Nazirliyi, 1 323 müraciətlə Daxili İşlər Nazirliyi, 739 müraciətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 579 müraciətlə Təhsil Nazirliyi, 445 müraciətlə Səhiyyə Nazirliyi, 351 müraciətlə «Azərsu» ASC və 317 müraciətlə Dövlət Gömrük Komitəsi ilk onluğa daxildir.

Elektron xidmətlərinə ən az müraciət edilən dövlət qurumları isə Dövlət Sərhəd Xidməti, Müəllif Hüquqları Agentliyi, Gənclər və İdman Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Milli Arxiv İdarəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR