“Nar Mobile” beynəlxalq festivalının laureatı olub

“Nar Mobile” beynəlxalq festivalının laureatı olub
# 18 iyun 2014 14:11 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın “Azerfon” mobil rabitə operatoru (“Nar Mobile” ticarət nişanı) Fransada keçirilən ənənəvi “Cannes Lions” festivalında uğur qazanıb. Mobil operatorun “Y&R Moscow” agentliyi ilə birgə hazırladığı “Nar Donor” sosial layihəsi 61-ci dəfə təşkil edilən bu mötəbər reklam festivalının “Mobil” kateqoriyasında “Gümüş Şir” (“Silver Lion”) mükafatına layiq görülüb.

Xatırladaq ki, “Nar Mobile” mobil operatorunun bu sosial layihəsi ölkədə mövcud olan qan donoru çatışmazlığı probleminin həlli istiqamətində atılmış bir addımdır. Layihə çərçivəsində “Android” əməliyyat sistemi smartfonların bir-birinə enerji ötürməsi üçün istehsal olunan “Nar Donor” kabelləri layihəni simvolizə ediblər.

2014-cü ilin aprel ayında həyata keçirilən layihə çərçivəsində “Nar Mobile” və Mərkəzi Qan Bankı Bakıda qanköçürmə aksiyalarını təşkil edib. Azərbaycan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi bu xeyirxah təşəbbüsə dəstək verib, 15 000-dən artıq “Facebook” istifadəçisi kampaniyanın bu sosial şəbəkədəki səhifəsini bəyənib. Nəticədə toplanan donor qanı 4 dəfə artın, bir sıra şirkətlər kampaniyaya qoşulmaq üçün Qan Bankına müraciət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR