Bakıda və Şirvanda əxlaqsızlıq yuvaları aşkar edilib

Bakıda və Şirvanda əxlaqsızlıq yuvaları aşkar edilib
# 24 aprel 2013 13:51 (UTC +04:00)

Bakı. Fuad Cəfərov -APA. Azərbaycanda əxlaqsızlıq yuvaları aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Balakən rayon sakinləri Mətanət Qaracayevanın və Yasəmən Rəşidovanın Bakı şəhəri Azadlıq prospektindəki mənzillərin birində əxlaqsızlıq yuvası saxlamaları və gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etmələri müəyyən edilib.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Məryəm Qasımovanın mənzilində, "Gülüstan" kafesində isə oranın sahibi Ceyran Novruzovanın əxlaqsızlıq yuvası saxlaması müəyyən edilib.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR