Nazirlik: Fermerlərə ayrılacaq subsidiyaların həcmi artırılmayacaq

Nazirlik: Fermerlərə ayrılacaq subsidiyaların həcmi artırılmayacaq
# 06 mart 2015 13:43 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Bu il subsidiyaların verilməsinin yeni mexanizmi tərəfimizdən artıq hazırlanıb. Burada subsidiyaların verilmə formasından, müddətindən, komissiyaların tərkibinə qədər yeni təkliflər nəzərdə tutulur”.

APA-Economics”in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunmuş müşavirədə deyib.

H. Əsədovun sözlərinə görə, bu mexanizm 10 gün ərzində aidiyyatı dövlət qurumlarının müzakirəsinə təqdim olunacaq. Subsidiyaların həcminin artırılması məsələsinə də toxunan nazir həcminin artırılmayacağını bildirib.

“Burada subsidiyaların həcminin artırılması deyil, forma və metodlarının dəyişdirilməsi nəzərdə tutulur”, - deyə H. Əsədov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR