Bakı şəhər Prokurorluğunda "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir" mövzusunda elmi-praktik konfrans keçirilib - FOTO

Bakı şəhər Prokurorluğunda "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir" mövzusunda elmi-praktik konfrans keçirilib  - <span style="color: red;">FOTO
# 30 aprel 2013 13:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Bakı şəhər Prokurorluğunda "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir" mövzusunda elmi-praktik konfrans keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda çıxış edən Bakı şəhər prokuroru Əziz Seyidov Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Şəhər prokuroru prokurorluq orqanlarının dövlətçiliyik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının qorunmasına xidmət edən bir dövlət təsisatı kimi formalaşmasının, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazasının yaradılmasının Heydər Əliyevin zəhmətinin bəhrəsi olmasını bildirib.

Əziz Seyidov rəhbərlik etdiyi kollektivin Heydər Əliyevin dövlətçilik ideyalarına daim sadiq qalacağını, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin hər cür cinayətkar qəsdlərdən qorunması işində səylərini daha da artıracağını, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini vurğulayıb.

Konfransda Milli Məclisin deputatı, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə "Heydər Əliyev Azərbaycanda hüquqi dövlətin banisidir" mövzusunda çıxış edib.

Konfransda prokurorluğun gənc əməkdaşları adından şəhər prokurorunun köməkçisi Günel Əkbərova çıxış edərək dövlət gənclər siyasətinin Heydər Əliyevin gənc kadrlara göstərdiyi diqqət və qayğıdan, gənclərə olan etimadından və gənclərin xidmətinin həmişə layiqincə qiymətləndirməsindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR