Ötən il Azərbaycanda 440 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib - FOTO

Ötən il Azərbaycanda 440 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib - <span style="color: red;">FOTO
# 15 fevral 2013 08:11 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Ötən il Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) müfəttişləri tərəfindən 440 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. «APA-Economics»in məlumatına görə, bunu Komitədə keçirilən kollegiya iclasında DTXK sədri Qərib Məmmədov bildirib.

Onun sözlərinə görə, «Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti haqqında» əsasnaməyə əsasən, Komitənin torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən müfəttişləri tərəfindən «Torpaq, geodeziya və kartoqrafiya qanunvericiliyinin müvafiq tələblərini pozan şəxslər barədə inzibati tənbehin görülməsi Qaydaları»na uyğun olaraq, 2012-ci ildə 440 torpaq qanunvericiliyinin pozulması halı müəyyən edilib. Bundan 136 hal xəbərdarlıq (bildiriş) edilməklə aradan qaldırılıb, 304 inzibati xəta halı ilə bağlı protokol tərtib edilib, nəticədə 22 157 manatlıq cərimə tətbiq olunub. Tətbiq edilən cərimələrdən 3 689 manat artıq ödənilib, 18 468 manat ödənilməmiş cərimə ilə bağlı müvafiq sənədlər tədbir görülməsi üçün məhkəməyə göndərilib. Həmin inzibati xəta hallarının 3-ü vəzifəli, 1-i hüquqi və 436-sı isə fiziki şəxslər tərəfindən törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR